Interposta.Info

Turan İbrahimovun təqdim etdiyi "ATV səhər" proqramı ilə bağlı -

Ölkə
 2-05-2017, 07:24     1 007

ATV kanalında yayımlanan "ATV səhər" informasiya proqramı fəaliyyətini dayandırır.

interposta.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "ATV səhər" verilişinin müəllifi və aparıcısı Turan İbrahimov Enter.News saytına məlumat verib.

Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə bir ay qalmış rəhbərlik belə bir qərar verib.

Teleaparıcı ATV kanalında gələcək fəaliyyəti ilə bağlı suala da aydınlıq gətirib:

"Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV səhər" verilişi yayımını dayandırır. "ATV səhər" verilişinin yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər."

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26