Interposta.Info

Ebrunun başı bəlada: Rzanın hədiyyəsinə görə 3 ilə qədər həbs tələbi

Maqazin
 18-01-2018, 16:32     10 391

ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın ad günündə həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi malikanə müğənninin başına bəla olub

Gecce.com.tr-nin verdiyi məlumata görə, ifaçı dənizkənarı tarixi malikanədə təmir işləri gördürdüyünə görə Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebruya 3 ilədək həbs cəzası tələb edilib.

Gündeş bu ittihamı qəbul etməyib. Müğənninin vəkili Can Gürel açıqlamasında bu cür iddianın hüquqi müstəviyə daşınmasını doğru hesab etməyərək ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib. Onlar prosesə yenidən baxılmasını tələb ediblər.

Məhkəmə təxirə salınıb. (Lent.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26