Rus müğənnidən Maqomayevlə bağlı iddia: "Ərimə onunla xəyanət edirdim"
Bir vaxtlar Rusiyanın seks-simvolu hesab edilən Svetlana Rezanova qonaq olduğu “На самом деле” verilişində maraqlı açıqlaması ilə səs-küy yaradıb.
"XeberBiz" Axşam.az-a istinadən xəbər verir ki, 75 yaşlı müğənni SSRİ xalq artisti Müslüm Maqomayevlə sevgili olduğunu iddia edib.
Svetlana münasibətlərinin 4 il davam etdiyini söyləyib: “Həmin ərəfədə Müslüm subay idi. Bir dəfə konsertdən sonra ikimiz qaldıq və avtoqraf yazırdıq. Çox mehribanlaşdıq və beləcə, münasibət başladı. Moskvaya gələndə görüşdük, qaldığı hotelə getdim. Qalmağımı istədi və razılaşdım. Beləcə, hər şey başladı. Burada nə var ki? Həmin ərəfədə mən ailəli idim, amma bu, onu sevməyə mane olmurdu. O vaxt ərim iş səfərlərində olurdu, mənə xəyanət edirdi. Mən də ərimə xəyanət etdim”.
Studiyaya gələn M.Maqomayevin bacısı Tatyana Zayseva Svetlananın sözlərinə əsəbiləşib və onun yalan olduğunu deyib: “Bunlar xoş olmayan fikirlərdir. Burada tək qalan və Müslüm üçün darıxan Tamara var. Bunu eşitmək, sizcə, onu incitməyəcək? Ona və bizə bu sözləri eşitmək ağırdır. Biz Maqomayevi mədəni biri kimi tanıyırıq. Bunlar yalandır. Müslüm qadın düşkünü deyildi”.
Aparıcı Dmitri Şepolov Svetlana ilə Maqomayevin bir vaxtlar sevgi yaşadığının gerçək olduğunu söyləyib.
Proqrama gələn Safaronovo sakini İrina Korotkova proqramda iddia edib ki, qızı Veronikanın atası azərbaycanlı müğənnidir. Layihə əməkdaşlarının köməyilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M.Maqomayev deyil.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26