Interposta.Info

“Müslüm Maqomayevlə 16 yaşından çalışmışıq”-85 yaşını qeyd edən Əməkdar Mədəniyyət İşçisi

Müxtəlif
 7-12-2018, 00:11     602

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Mövzuyla əlaqədar Əməkdar Mədəniyyət işçisi, Prezident təqaüdçüsü, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın Dövlət Ansamblının direktoru İldırım Kasımovla görüşdük.Bu gün Əməkdar Mədəniyyət Xadimimizin 85 yaşı tamam olur.
85 yaşlı İldırım müəllim Rəşid Behbudov, Müslüm Maqomeyev və digər korifeylərimizlə olan xatirələrini İnterPosta.info ilə bölüşüb:
-Azərbaycanda həyata keçirilən dövlət mədəniyyət siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istəyərdik. Hazırda mədəniyyət sahəsində həyata keçrilən tədbirləri necə dəyərləndirirsiniz?

“Müslüm Maqomayevlə 16 yaşından çalışmışıq”-85 yaşını qeyd edən Əməkdar Mədəniyyət İşçisi

İlk öncə deyim ki, həmişə mədəniyyət sahəsinə dövlət tərəfindən qiymət verilibdir. Mən 62-ci ildir mədəniyyət sahəsindəyəm. Ona görə də mənim bunu deməyə haqqım var. Neçə katiblər, rəislər görmüşəm. Hər dəfə də bu sahədə yeniliklər olub. Əvvələr dünyada rost konsert, most konset varıydı. Bu o vaxtlar Azərbaycanda hələ yoxuydu. Ümumilli lider Heydər Əliyev qərara gəldi ki, bunu Azərbaycanda yaratsın. Bu konserti təşkil etməyi məni məsləhət gördü.26 il mən bu idarəni idarə etmişəm.Müslüm Maqmayev, Şövkət xanım Ələkbərova və digər korifeylərimizlə işləmişəm.
-Türkiyə ilə Azərbaycan arasında mədəniyyət əlaqələri hansı səviyyədədir hazırda?
Hazırda səviyyə yüksəkdir.Son vaxtlar mən Türkiyəyə getməmişəm. Xəbərim var ki, Türkiyə ilə Azərbaycan arasında mədəniyyət əlaqələri gözəlləşib. Sovet vaxtı bir az çətinlik varıydı. Amma, indi çox yaxşıdır.Bizim Zeynəb xanımın da Türkiyəyə çoxlu qostrolları olub.İnşallah yenə konsert planlaşdırılır.
-Türkiyədə necə, konsert planlaşdırmırsınız?
“Müslüm Maqomayevlə 16 yaşından çalışmışıq”-85 yaşını qeyd edən Əməkdar Mədəniyyət İşçisi

Konsert işlərinə Zeynəb xanım özü qərar verir. Cavan vaxtlarımda bu işlərə özüm baxırdım ( gülümsəyərək). İki dəfə Yaponiyaya getmişik. Orda konsertlərimiz olub. Üç dəfə də Amerikada səfərdə olmuşuq. Ümumilkdə 40 ölkə gəzmişəm. Müxtəlif ölkələrdə konsert proqramlarımız olub.
-Mədəniyyətimiz dünyada tanınır. Sizcə bu sahənin dünyada daha da tanıdılması üçün hansı işlər görülməlidir?
Mədəniyyət nazirliyi bu işləri yetərincə görür. Və hazırda mədəniyyətimiz inkişafdadır. Cavanlar mədəniyyətimizi dünyada tanıdırlar. Bu da əməkdar mədəniyyət işçisi kimi məni sevindirir. Təəssüf ki, indi Rəşid Behbudov, Müslüm Maqomayev kimiləri yoxdur. İndi müğənni çoxdur. Teatırımızda gündən-günə inkişaf edir. Sözsüz ki, yüksək səviyəyəyə çatması üçün zaman lazımdır.
“Müslüm Maqomayevlə 16 yaşından çalışmışıq”-85 yaşını qeyd edən Əməkdar Mədəniyyət İşçisi

-Siz ulu öndər Heydər Əliyevlə birgə çalışmısınız. Necə xatırlayırsınız o günləri?
Heydər Əliyevin mənə çox xoş münasibəti olub həmişə. Bu münasibətdə necə yarandı sizə deyim. Mən Müslüm Maqomyevin gəncliyində bir yerdə böyümüşəm. Düzdür, ondan 9 yaş böyük olmuşam. Amma gənclikdə bir yerdə böyümüşük. Xatırladım ki, onun birinci admnistratoru mən olmuşam. Onun ifa etməyində mənim xidmətim olub. Ona görə Heydər Əliyev buna yaxşı baxıb.Çox təəssüf ki, Heydər Əliyev yaşamadı, tez dünyadan getdi.Mədəniyyət Xadimlərinin ona borcu var həmişə...
Müslüm Maqameyvlə olan günləri necə xatırlayırsınız?
Müslüm Maqomayevlə 16 yaşından çalışmışıq. Dediyim kimi onun birinci administratoru mən olmuşam.İlk dəfə onu konsert verməyə Soxarinə, Komçatkaya aparmışam. Eyni zamanda “Qaya” mahnı ansamblı da bizimlə getmişdi.Mən rəhbərlik etdiyim idarədə Sara Qədimova,Xan Şuşinski,Əbülfət Əliyev, Şövkət Ələkbərova, Həbib Bayramov və bir çox sənətkarlar bizimlə çalışırdı.Hamısının da repertuarına və konsert işlərinə mən baxmışam.
Elşən Yəhyayev

İnterPosta.info


“Müslüm Maqomayevlə 16 yaşından çalışmışıq”-85 yaşını qeyd edən Əməkdar Mədəniyyət İşçisi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26