Interposta.Info

Azərbaycanlı qızlar Burakı görmək üçün kinoteatra axın etdilər –

Maqazin
 1-12-2017, 12:05     10 813

Bakıda “Kardeşim benim 2” filminin təqdimat mərasimi keçirilib. "XeberBiz" baku.ws-ə istinadən məlumatına görə, tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni “Mənim qardaşım – 2” (“Kardeşim Benim 2”) filminin təqdimatı ilə gəlib.
Filmin baş rollarını B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsində izdiham yaşanıb. Filmin komandası zala daxil olanda qışıqırıq səsləri, fanat izdihamı yaşanıb. Xüsusilə də, Burak Özçivitin gəlişi aləmi bir-birinə vurub. Onunla şəkil çəkdirmək istəyən qonaqlar zalda səs-küy qoparıblar.
Qeyd edək ki, “Mənim qardaşım”ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Asli Enverin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı.

interposta.info

[frame=https://baku.ws/video2/v.php?v=876321" width="640" height="360]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26