Interposta.Info

“Muradla Aslının ayrılığı oyun idi“ - aktrisadan iddiaya cavab

Maqazin
 9-06-2017, 18:47     602

Ayrıldıqları açıqlandığı gün müğənni Murad Bozla görüşdüyü ortaya çıxan aktrisa Aslı Enver bununla bağlı danışmaq istəməyib
interposta.info
Axşam.a-a istinadən xəbər verir ki, ötən gün Bebekdə məkanların birindən çıxan Aslı jurnalistlərin suallarını cavablandırmayıb. Ayrılmaları ilə bağlı heç bir suala cavab verməyən aktrisa “Murad Bozla yeni filminizin reklamı üçün ayrılıq oyunu oynadınız” sözlərini eşidən kimi səssizliyini pozub.

Sevgilisiylə baş rolu paylaşdığı “Canım kardeşim” filminin davamı üçün kamera qarşısına keçəcəyi söylənilən A.Enver “Filmin belə reklama ehtiyacı yoxdur” deyərək sürətlə avtomobilinə doğru gedib. Aktrisanın əhvalının bədbin olması da diqqətdən yayınmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26