Interposta.Info

“Sevgilimi əlimdən aldı” - Abbas Bağırova şok ittihamlar

Maqazin
 9-10-2017, 21:52     10 252

Tanınmış prodüser Sultan Mustafayevlə Əməkdar artist Abbas Bağırov arasında qalmaqal yaranıb. A.Bağırovun Sultanı sosial şəbəkədə əngəlləməsi qarşı tərəfi əsəbiləşdirib.

interposta.info Yenicag.az-a istinadən xəbər verir ki, prodüser müğənninin ünvanına sərt ittihamlar səsləndirib.

"2015-ci ildə Abbas mənim sevgilimi əlimdən aldı və indiyə qədər də onunla danışmıram. Eks-sevgilimin baş hərfi "Z”dir, məşhur insandır. Abbas bir nəfərlə mənə ultimatum göndərib ki, səhifəmə girməsin, onu "blok”a atmışam. Belə, cəhənnəmə at”.

Prodüser Abbasa çağırış edərək, onu hədələyib: "Bakı balaca şəhərdir. Hamı bilir, kim kimdir. Sən kimin hesabına bu gün varlı-pullu olmusan, məlumdur. Ağzını yum, otur yerində. Elə etmə ki, keçmiş sevgilimin adını və kimliyini açıqlayım”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26