Interposta.Info

Abbas Bağırovun köməkçisi həbs edildi

Maqazin
 23-01-2019, 18:16     10 420

Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib.

İnterPosta.info
oxu.az-a istinadən xəbər verir ki, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür. Belə ki, O.Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26