Röya villasının əlindən alınmasını təsdiqlədi

Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib. "XeberBiz" xəbər verir ki, sənətçi "Qafqazinfo"ya açıqlamasında mülkün bir müddət əvvəl təhvil verildiyini təsdiqləyib.
O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb: “Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.
Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb: “Xahiş edirəm, biri yıxılanda onu az baltalayın. Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözü doymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.
***
Xəbər verdiyimiz kimi, tanınmış sahibkar Çingiz Cəlilov həbs olunub. Onun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün obyektlər vergi borcuna görə möhürlənərək bağlanıb.
Çingiz Cəlilovun adına olan bağ evləri və Bakıda yerləşən yaşayış evlərinin də müsadirə olunduğu deyilir.
Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının keçmiş gəlini, müğənni Röyaya bağışladığı Nabrandakı milyonluq bağ evi də var.
"XeberBiz" xəbər verir ki, məslə ilə bağlı metbuat.az-a açıqlama verən Röya bildirib ki, hazırda xaricdə istirahətdədir, bu məlumatlardan xəbəri yoxdur:
"Hər yayılan xəbər düz olmur. Bilmirəm ki, bağ məsləsini kim yayıb. Çingiz Cəlilov mənə bağ evi hədiyyə verməyib ki, müsadirə edilsin! Boş-boş söhbətlərdir".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26