Interposta.Info

Röya bağ evinin müsadirə edilməsindən danışdı

Maqazin
 26-07-2017, 16:09     10 201

Xəbər verdiyimiz kimi, tanınmış sahibkar Çingiz Cəlilov həbs olunub. Onun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün obyektlər vergi borcuna görə möhürlənərək bağlanıb.

Metbuat.az xəbər verir ki, Çingiz Cəlilovun adına olan bağ evləri və Bakıda yerləşən yaşayış evlərinin də müsadirə olunduğu deyilir.

Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının keçmiş gəlini, müğənni Röyaya bağışladığı Nabrandakı milyonluq bağ evi də var.

interposta.info xəbər verir ki, məslə ilə bağlı Metbuat.az-a açıqlama verən Röya bildirib ki, hazırda xaricdə istirahətdədir, bu məlumatlardan xəbəri yoxdur:

"Hər yayılan xəbər düz olmur. Bilmirəm ki, bağ məsləsini kim yayıb. Çingiz Cəlilov mənə bağ evi hədiyyə verməyib ki, müsadirə edilsin! Boş-boş söhbətlərdir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26