Interposta.Info

Azərbaycanlı aktrisa erməni milyarderə ərə gedir

Maqazin
 15-07-2017, 14:08     1 303

Rusiyanın Azərbaycan əsilli aktrisası Səbinə Əhmədova erməni milyarderlə evlənir. interposta.info haqqin.az-a istinadən xəbər verir ki, aktrisa "Росгосстрах" şirkətlər qrupunun sahibi Danil Xaçaturovla ailə həyatı qurur.

"Forbes"in hesablamalarına görə, erməni iş adamının 2 milyard dollar sərvəti var. Danil Xaçaturov 2008-ci ildə evləndiyi Ulyana Serqeenkodan 2013-cü ildə boşanıb.

Azərbaycanlı aktrisa erməni milyarderə ərə gedir

Danil Xaçaturo

Səbinə Gülbala qızı Əhmədova 23 sentyabr 1981-ci ildə Bakıda anadan olub və 1990-cı ildə ailəsi ilə Moskvaya köçüb. 36 yaşlı aktrisa indiyədək evli olmayıb. O, Rusiyada böyük auditoriya toplayan “Klub” serialında, “Böyük şəhərdə sevgi”, “Olimpius İnferno”, “8 ilk görüş” filmlərində çəkilib.
Azərbaycanlı aktrisa erməni milyarderə ərə gedir

Səbinə Əhmədova

Erməni iş adamı ilə azərbaycanlı aktrisanın dəbdəbəli toy edəcəyi deyilir.

Qeyd edək ki, Səbinə Əhmədova bundan əvvəl qondarma "erməni soyqırımı" ilə bağlı filmə çəkilərək gündəmə gəlmişdi. O, erməni diasporasının maliyyələşdirdiyi “Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filmində rol alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26