Interposta.Info

Hadisə üsyan etdi: Azərbaycana səbir diləyirəm! - Foto

Maqazin
 8-07-2017, 07:35     698

Türkiyənin məşhur müğənnisi Hadisə 4 iyulda 2 yaşlı Zəhra Quliyevanın öldürülməsinə münasibət bildirib.

Kult.az xəbər verir ki, Hadisə iki yaşlı körpəyə görə bir növ üsyan edib.

"İçim ağrıyır. 2 yaşlı bir uşaq, dərdli analar. Bu, insanlığa sığmayan vəhşi bir hücumdur! Terror hücumlarını hansı dildən, dindən, irqdən olursa-olsun, pisləyirəm! Və pisləməyə davam edəcəyəm! Buna bir son verin! Azərbaycana səbir diləyirəm", - Hadisə İnstaqram hesabında yazıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

interposta.info
Hadisə üsyan etdi: Azərbaycana səbir diləyirəm! - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26