Interposta.Info

Tanınmış idmançı Zəhranın məzarı önündə -

Müxtəlif
 6-07-2017, 16:06     2 527

Tanınmış idmançı Kamil Zeynallı qızı ilə birlikdə Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhranın məzarını ziyarət edib.

İdmançı bu barədə İnstaqram səhifəsində foto və video paylaşıb.

Zəhranın ailəsinə başsağlığı verən Kamil Zeynallı məzarı üstünə oyuncaq gəlincik qoyub.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26