Interposta.Info

22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar

Maqazin
 28-06-2017, 07:24     2 271

Estetik cərrahi əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı azərbaycanlı model Leyla Orucovanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə 1news.az-a bildirib ki, L.Orucovanın liposaksiya (piy sovurma) əməliyyatına qarşı əks göstərişi var imiş.

“Bundan əvvəl Orucova digər həkimə müraciət etmişdi və o, analizlərin nəticələrindən sonra (Leylanın böyrəklərində problem aşkarlanmışdı), əməliyyata razılıq verməmişdi. Buna baxmayaraq, qız niyyətindən imtina etməyərək Zəfəran Hospitala müraciət etmişdi. Faktla bağlı araşdırmalar davam etdirilir”, - mənbə deyib.
22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar
22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar
22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar

Zəfəran Hospitalın saytında bildirilir ki, klinikada iki plastik cərrah işləyir - Sirus Qoçhani və Teymuraz Rəsulov. Lakin onlardan hansının əməliyyatı həyata keçirməsi məlum deyil. Bəzi yerli saytlar iddia edirlər ki, əməliyyatı iranlı estetik cərrah Sirus Qoçhani həyata keçirib.

interposta.info

22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar
22 yaşlı modelin ölümü ilə bağlı yeni təfərrüatlar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26