Interposta.Info

Model Leylanın ölümünə səbəb olan həkim həbs olundu

Ölkə
 3-10-2017, 19:05     9 117

Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs olunub.

"XeberBiz" xəbər verir ki, bu bardə Lider Tv-də yayımlanan “Bu bizik” verilişinin aparıcı deyib.

Onun sözlərinə görə, Leylanı əməliyyat edən əslən iranlı Siruz Qoçxani aparılan araşdırmalardan sonra həbs olunub.

"Keçən aylarda bizim bir model-aktrisamız var idi. İrandan gələn həkim onu Bakıda əməliyyat etdi”, - deyə Tolik bildirib.

Bu il iyunun 22-də model Leyla 16:00-da əməliyyata alınıb. Əməliyyat saat 18:00-da yekunlaşıb və model palataya köçürülüb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürülüb.

Orada da lazımı tibbi yardım göstərilib. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26