Interposta.Info

Saxta həkimin saxta əməliyyatları - Sizdə tanıyın bu həkimi + FOTOLAR

Müxtəlif / Manşet
 24-03-2020, 23:39     3 604

Bu gün sizə Azərbaycanda özünü plastik-estetik cərrah kimi təqdim edən, iranlı həkim Sirus Qoçqani haqqında məlumat yazacam. Kimdir Siruz Qoçqani?

"İnterPosta"nın məlumatına görə, Azərbaycanda rəsmi məlumatlara gorə 2(iki) qeyri rəsmi məlumatlara görə 4(dörd) pasiyentin əlində öldüyü Sirus Qoçqani əslində cərrah deyil.

Sirus Qoçqani İranda adi tibbi təhsil alan həkimdir. O özü haqqında məlumat verəndə bildirir ki, guya İranda bunun klinikası olub və burada liposaksiya (piy sovurma) kimi ağır əməliyyatlar edib. Xeyr, o Tehranın uzaq bir bölgəsində qısa müddətdə balaca bir tibb mərkəzi açaraq orada qısa fəaliyyət göstərib. Burada plastik-estetik cərrah kimi deyil adi bir həkim kimi çalışıb. İranın Səhiyyə Nazirliyin rəsmi saytında (www.irimc.org) Sirus Qoçqani adi bir tibb həkimi kimi qeyd olunub.
Bəs Sirus Qoçqani necə olur İranda yox məhz Azərbaycanda məhşur olub? İranda 5 il rəsmi fəaliyyyət göstərməyən həkim yenidən İrana qayıdırsa o müəyyən sertifikasiya mərhələsindən keçməklə yenidən fəaliyyət göstərə bilər. Bu müddət ərzində sertifikasiya balı yığmaq üçün hər hansı bir bölgədə çalışdıqdan sonra Tehrana və ya digər mərkəz yerlərdə işləməyə icazə verilir. Sirus Qoçqani İranda işləyə bilmədiyi üçün müəyyən insanlardan yalvarıb xahiş etdikdən sonra Azərbaycana gələrək burada işləməyə başlayır. Burada özünə saxta sənədlər düzəldərək guya özünü plastik-estetik cərrah olaraq liposaksiya (piy sovurma) kimi ağır əməliyyatları icra etməyə başlayır. Dəfələrlə işlədiyi klinakalardan xəstə ölümlərinə görə qovulmuşdur. Hazırda “Baku Medikal Plaza”da çalışan Sirus Qoçqani bundan sonrada sonrada uğursuz əməliyyatları ilə neçə ailələri bədbəxt, neçə uşağı anasız, neçə anaları gözü yaşlı, neçə belə insanların həyatını faciəyə döndərəcəyinə şübhə etmirik. Buna kimdir cavabdeh? O hələ, dəfələrlə əlində ölmüş xəstlərin yaxınlarına yüksək məbləğdə Pul verərək ölüm hallarını ört basdır etmişdir.
Gəlin indi keçən saxta həkimin icra etdiyi saxta əməliyyatlardan və həyatını itirmiş insanlar haqqında danışaq: Yuxarıda qeyd etdiyimiz kimi insan ölümlərdən mediaya ikisi məlumdur. 2017-ci ilin iyununda Sirus Qoçqaninin saxta liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdir. O dövrdə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun yaxınlarından yan qaçmağa çalışmış, və ölümdə guya bunun günahın olmadığını qeyd etmişdi. Mərhum modelin yaxınlarına bildirmişdi ki, guya əməliyyatdan sonra psixologiyası pozulub. Amma halbuki Sirus Qoçqani Leyla Oruclunun əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu bilə-bilə onu əməliyyata götürübmüş. Model əməliyyatdan sonra dünyasını dəyişmişdi. 22 yaşlı gənc bir qızın həyatını Pula görə məhv elədi.
07.08.2019ci il tarixində https://musavat.com/ saytında dərc olunan yazıda İranın Azərbaycandakı səfirliyi model Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da vermişdir. (Yazıya bu linkdən tanış ola bilərsiz): https://musavat.com/news/paytaxtda-2-neferi-olduren-sirus-qocqaninin-cerrah-olmadigi-uze-cixdi_633339.html?fbclid=IwAR02eCSz27P-R3f1h_P031I4PL7GopVykm1cGUr-DTvJmjn8e0vUbRUzm5k
Vaxti ilə Siruz Qoçxani ilə çalışan cərrah Rafiq Dəmirçalov sosial şəbəkədə həmkarı haqqda maraqlı faktlar açıqlamışdır. Onun sözlərinə görə zamanında Milana Hospitalının direktoru işləyərkən işində verdiyi nöqsanlara görə Sirus Qoçqanini hospitaldan qovub:
“İranlı estetik cərrah Sirus Qoçqaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc və həm də model olan bir qızı əməliyyata alarkən, onun valdeynləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər, pula görə belə işlər görmək olmaz. Mən özüm Milana Hospitalda direktor olarkən Sirus Qoçqani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Belə şeylərə görə mən onu hospitaldan qovaladım. Doğrudur, sonra məni də qovaladılar. Ancaq mənim günahım yox idi. İndi yenə qayıtdım Leyla Şıxlinskaya Klinikasına. Burada da inanmıram çox qalım. Çünki köhnə şikayətçilər tökülüşüb gəlirlər. Sözümün canı budur ki, Sirus Qoçqani ildə az qala bir neçə nəfəri bu günə qoyur”. Yazıya bu linkdən tanış ola bilərsiz (https://www.yeniavaz.com/az/news/index/45468/model-qizin-olumunde-gunahlandirilan-hekim-haqqinda-ilginc-faktlar-foto)


2019-cu ilin mayında onun icra etdiyi saxta əməliyyat zamanı Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşı günahlandırılmışdır. Elə həmin vaxt Medicina.az-ın əməkdaşı vəfat etmiş həkimin ailə üzvlərindən, yaxınlarından hadisənin təfərrüatlarını öyrənmişdir. Sona Vəliyevanın həm ailəvi dostu, qohumu, həm də həmkarı olan Rəşid İbrahimov bildirmişdir ki, liposaksiya əməliyyatı zamanı xəstədə piy emboliyası baş verib. Ölümün səbəbi də bu olub. Onun sözlərinə görə, cərrah Siruz Qoçqanını əməliyyatın tam risksiz olacağı barədə məlumat verib və bununla Sona Vəliyevanı aldadıb: "Bizim əsas narazılığımız odur ki, bu Siruz Qoçqanını elə reklam, elə təbliğ edirlər ki, insanlar elə inanır, gözüyumlu ölümə gedir. Sona xanım həkim idi, mən də həkiməm, o cərrahın whatsapp yazışmalarını oxuduqca şoka düşdüm ki, yəni mənim tibbə oxuduqlarım, bu vaxta qədər bildiklərim səhv imiş? Siruz yazıb ki, bizə təzə aparat gəlib, onunla heç bir emboliya baş vermir. Liposaksiya piy emboliyası baxımından ən riskli əməliyyatdır. Bir var əməliyyata həyati göstəriş ola, bir də var, sağlam adamı gülə-gülə ölümə aparmaq. Bu əməliyyatın sonunda emboliyanın olması pasiyentə deyilməlidir. Amma xəstələrə yanlış informasiya verirlər” Yazıya tam bu linkdən tanış ola bilərsiz(http://www.qlobal.az/siruz-qocqani-hekim-ginekoloqun-lumunde-gunahlandirilir-teferrat/#.XnjWYuozbIU)

İctimai vəkil Samir Zeynalov deyib ki, bu əməliyyatdan bir müddət öncə Sona Gürgün Vəliyeva Sirus Qoçqani ilə görüşüb, əməliyyatın təhlükəli olub-olmaması haqda söhbət aparıb. S.Zeynalov bildirib ki, Sona Gürgün Vəliyeva ölümü ilə müğənni Zemfira İbrahimovanın həyatını xilas edib: “Sona xanım əməliyyat masasında dünyasını dəyişəndən 1 gün sonra Qoçqani müğənni Zemfira İbrahimovanı eyni əməliyyata götürəcəkdi. Sona xanımın ölümündən sonra Z.İbrahimova bu istəyindən vaz keçib. Bizdə olan məlumata görə, Sirus Qoçqani plastik-estetik cərrah deyil, ixtisası diş texnikidir"
Yazıya tam bu linkdən tanış ola bilərsiz: (https://www.baki-xeber.com/sosial/93335.html)
05.12.2019-cu il tarixdə bu saxta həkimin əlində olan ölüm faktı niyə araşdırılmadı. Çox güman bunuda yüksək pul müqabilində ört basdır edib.
Bununla belə, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir. Hazırda da belə əməliyyatları icra edir. Görəsən bu qədər xəstə ölümlərdən sonra bu saxta Siruz Qoçqani kimə güvənərək bu əməliyyatları davam etdirir. Bizim Səhiyyə Nazirliyi niyə bu insanların Azərbaycana gəlib burda saxta sənədlə işləməsinə icazə verir.
Bu bizim üçündə maraqlıdır.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26