Interposta.Info

Murad yarım milyonluq şoudan danışdı:

Maqazin
 20-05-2017, 17:57     1 035

Murad yarım milyonluq şoudan danışdı: " "Pulunu verim, gəlim" deyirlər"

Bu gün əməkdar artist Murad Dadaşov media nümayəndələri ilə bir araya gəlib.

Aparıcı ilk olaraq "Maşın şou"nun əvvəlki buraxılışlarında yaşanan problemlər haqqında danışıb:

"Düşünürəm ki, bu dəfəki şou möhtəşəm olacaq. Lakin ilk olaraq əvvəlki proqramlardan danışmaq istəyirəm. İlk "Maşın şou"da avtomobil şirkəti bizi aldatdı, maşını vermədi. Gedib başqa şirkətlə danışdım. Onlar mənə avtomobil hədiyyə etdilər. Öz avtomobilim olmasa da, onu qalibə verdim. İndiki şou ətrafında da artıq qalmaqallar başlayıb. Gələ bilməyənlər oldu. Bəziləri çox narahatdır ki, onlarla yanaşı kimlər olacaq. Çalışıram hamı ilə dost olum. Hər adam şouya dəvətimlə gəlirlər. "Maşın şou"ya gəlmək üçün tapşırılanlar da olur, amma qəbul etmirəm. Hətta "pulunu verim, gəlim" deyənlər də var.bir dəfə bir məşhur mənə dedi ki, pul ödəyim gəlim. Dedim yarım milyon ver, gəl. Bu şounun istehsalat xərci yarım milyon manatdır. Şərikli iş ola bilməz. Artıq 13-cü "Maşın şou"dur, onlardan 10-u məşhurlarla keçirilib".

M.Dadaşov şouda onu şok edən hadisələrdən də bəhs edib:

"Elariz Məmmədoğlu Faiq Ağayevi çıxaranda şoka düşdüm. Bunu gözləmirdim. Çünki o vaxt kimsə adı-sanı olanlara nəsə deməyə cəsarət etmirdi, indi isə hamı status sahibidir. Layihə çərçivəsində çox təəccüblənmişəm
Röyanın bu qədər təmizkar olduğunu bilmirdim. Aygün Kazımova çox dəqiq adamdır. Şou əhli çox kövrək və həssasdır. Bəzən hamısı birlikdə ağlaya bilirlər".

Aparıcı yeni iştirakçılar barədə ipucları da verib:

"Hələ belə heyət olmayıb. 9 yeni, 9 keçmiş iştirakçı olacaq. Qalibə 30 min dollarlıq avtomobil verəcəyik. Qalmaqallı maraqlı proqram gözləyir tamaşaçıları. Bu ərəfədə mətbuatla da sıx əməkdaşlıq edəcəyik. 20 iştirakçı ilə müqavilə bağladaq da, onların 18i yarışacaq".
Qeyd edək ki, "Maşın şou" mayın 28-i ATV-də yayımlanmağa başlayacaq./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26