Interposta.Info

"Maşın" şoudan tərbiyəsizlik - Jurnalistlər qovuldu

Maqazin
 26-10-2017, 07:35     9 213

Mübahisələr və qalmaqallarla dolu "Maşın" şounun komandası jurnalistlərə qarşı hörmətsizlik edib.

Musavat.com xəbər verir ki, bu gün şounun final günü baş tutmalı və qalib açıqlanmalıydı. Lakin şounun qalibinin Talıb Talenin olması ötən gündən mediada öz əksini tapmışdı. Lakin dünən gecə heç nə olmamış kimi şou yayımlandı və qalib açıqlanmadı. Buna səbəb isə layihə rəhbəri Murad Dadaşovun sponsorlarla bağladığı müqavilə oldu.

Bu gün keçirilən final gecəsinə media nümayəndələri dəvət olunsa da, onlar efir başlamamış məkandan qovulublar. Azxeber.com saytının əməkdaşı Nazim Qasımzadə, Primetime.az saytının müxbiri Teymur Məmmədov və Showxeber.az saytının müxbiri Elman Məmmədov öncə şounun keçirildiyi məkana buraxılıb.

Daha sonra cangüdənlər onlara yaxınlaşaraq təcili studiyanı tərk etmələrini deyiblər. Jurnalistlər səbəb soruşduqda isə, qalibi açıqladıqları üçün onları qovduqlarını bildiriblər. Amma unudublar ki, bu "Maşın"şounun sonuncu buraxılışı deyil. Sabah yenə yenidən şouya start verəcəklər və mediaya ehtiyacları olacaq. O zaman MGP-un rəhbəri Murad Dadaşov hansı üz ilə mediaya üz tutacaq? Həmkarlarımızın üzünə necə baxacaq? Bu tərbiyəsizlik necə unudulacaq?

Əslində isə onların etdiyi də başa düşüləndir. Çünki milyonlarla tamaşaçını və xalqı aldadan bir komanda iç üzlərini açan medianı necə sevə bilər?

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26