Interposta.Info

Türk iş adamına ərə gedən azərbaycanlı müğənni

Maqazin
 7-05-2017, 10:02     1 370


Ailə qurduqdan sonra türkiyəyə köçən müğənni İradə İbrahimova Bakıya qayıdır.

interposta.info big.az-a istinadən xəbər verir ki, sənətçi artıq yaradıcılığı ilə ciddi məşğul olacağını bildirib.

İ.İbrahimova övladlarına qayınanasının baxacağını söyləyib:

“Burada övladlarımı etibar edəcəyim insan qayınanamdır. Bilirəm ki, o, uşaqlarıma çox yaxşı baxır. Hazırda İstanbulda yoxdur. Onun qayıtmasını gözləyirəm. Bakıya gəlib, sənətimdə qaldığım yerdən davam edəcəyəm. Burada yeni fotosessiya da etdirəcəyəm. Gövhər Həsənzadədən mahnılar almışam. Hazırda aranjimandadır. Deyirlər, mayda heç nə etməzlər, toy olmur. Mənim üçün belə bir məhdudiyyət yoxdur. Verilişlərə də çıxacam, mahnılar da təqdim edəcəyəm. Bacardığım qədər ailəmə də vaxt ayıracağam”.

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzerlə evli olan İ.İbrahimovanın İpək adlı qızı, Əli adlı oğlu var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26