Interposta.Info

“Bu üzdən toylara yox deyirdim,

Maqazin
 10-04-2017, 16:00     538

Sənətimə fasilə verməmişəm, sadəcə, gördüyüm işləri mediada işıqlandırmırdım. Bilirsiniz ki, ailə qurduqdan sonra həyat yoldaşımla İstanbulda yaşadıq. Qızım da orada dünyaya göz açdı.

Bu sözləri yenicə ana olan müğənni Aytac Vidadiqızı planları haqda Kult.az-a danışarkən deyib. O, hələ ki, Bakıda qalacağını bildirib:

“Bu bir ildə Türkiyədə xeyli iş gördüm. Həm mahnılar bəstələdim, həm də türk bəstəkarlarından yeni mahnılar aldım. Artıq aktiv şəkildə sənətimə vaxt ayırıram. Həyat yoldaşım və qızımla Bakıdayam, burada yaşayırıq. Hələ ki, İstanbula getməyi düşünmürük. Onun yanımda olması mənə xüsusi güc verir. Allah hər kəsə belə gözəl ailə və övlad qismət eləsin. İstanbulda olarkən hər gün Bakıdan müxtəlif toy və şənliklərə təkliflər gəlirdi. Hətta məni görmək üçün təyyarə biletimi alan, əlavə qonorar ödəmək istəyən, səsimi sevənlər də var idi. Amma istəmirdim ki, hamilə olduğum ərəfədə təyyarələrdə qalım. Bunun dünyaya gələcək övladıma da mənfi təsiri ola bilərdi. Bu səbəbdən onlara yox deyirdim. Artıq Bakıdayam, bütün sevənlərimin xoş günündə, şənliklərində yer alacağam. Yay aylarında konsert verməyi də planlaşdırıram. Sənətini sevən müğənni səhnəsiz yaşaya bilməz”.

interposta.info
“Bu üzdən toylara yox deyirdim,

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26