Interposta.Info

“İcra başçısı o sözü dedikdən sonra mən ayıldım” -

Maqazin
 26-04-2017, 20:43     906

Aktyor Elməddin Cəfərov özü ilə bağlı etiraf edib

interposta.info axşam.az-a istinadən bildirir ki, aktyor "Zarafat-zarafat" verilişində deyib ki, toylarda heç vaxt yemək yemir:

"Toyda bir sıxıntım var: çəngəl-bıcaqla yeməyi sevmirəm. Qonaq gedəndə, toyda olanda yemək yeməməyə çalışıram. Yeməyi əllə yeyirəm, hər yerim yağ olur. Cəmiyyət içində insanlar sənə baxır, bütün əlim yağ olur, utanıram. Həmişə toydan gəlib evdə yeyirəm.

Tədbir olub, icra başçısı ilə oturmuşuq. Dedi, səmimisən. Sonra yemək gəldi yedik. Qayıtdı ki, elə yeməyin də səmimi imiş. Ayıldım ki, əl-ayağım yağ içindədir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26