Interposta.Info

Türkiyə prezidenti Nyu-Yorkda Trampın verdiyi yemək ziyafətinə niyə qatılmadı?

Dünya
 28-09-2018, 12:41     10 308

ƏRDOĞAN AÇIQLADI

Prezident Rəcəb Tayyib Ərdoğan, Almaniya səfərindən öncə təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan ABŞ Prezidenti Donald Trampın verdiyi yemək ziyafətinə nə üçün qatılmadığını açıqlayıb:

"(Tramp-Erdoğan qarşılaşması) Elə bir səmimi şəraitdə bir qarşılaşma oldu. ABŞ rəhbərliyindən o məlum şəxslər də vardı yanında. Mayk Pens, Mayk Pompeo, Milli Təhlükəsizlik müşaviri Bolton da yanında idilər. Sonra xanım Tramp orada idi. Naharda görüşərik - dedi, amma mən nahara getmədim.

SİSİ İLƏ EYNİ MASADA ƏYLƏŞMƏRƏM

Bəllidir ki, ailə fotoqrafçısı olur bu iclaslarda. Günorta yeməyində yanaşı masalarda oturmuşduq. Onun masasında Misirin dövlət başçısı Sisi vardı, onun üçün o masaya getməyim söz mövzusu ola bilməzdi, bu haqda yoldaşlara da bildirdik. Rusiya xarici işlər naziri Sergei Lavrovla bol-bol Suriya məsələsini danışmaq fürsətimiz oldu və oradan ayrılıb, digər görüşlərimizə keçdik"./müxalifət.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26