Interposta.Info

Məmur oğlu toyda gəlinin başına viski tökdü

Ölkə
 19-07-2017, 21:35     1 725

Biabırçı və qudurğan davranış törədənin atası vəzifəsindən istefa vermək cəsarətində bulundu...

Məmur oğlunun toyda gəlinə qarşı etdiyi hərəkət böyük qalmaqala səbəb oldu.

interposta.info bildirir ki, Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, İnquşetiyanın Ali-Yurt kəndindəki toyda baş verənləri Respublika başçısı bütün ailə, nəsil və ölkə üçün “böyük biabırçılıq” adlandırıb.

Anormal davranış kənd icra nümayəndəsinin oğlu tərəfindən törədilib. Dostunun toyunda iştirak edən məmur oğlu guya zarafatla onun gələcək xanımının başına spirtli içki olan viski töküb.

You Tube-yə yerləşdirilmiş video-görüntülər müsəlmanlar tərəfindən hiddətlə qarşılanıb. Olaydan sonra sözügedən kəndin icra nümayəndəsi könüllü olaraq vəzifəsindən istefa verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26