Interposta.Info

"Titanik"in rekordu təkrarlandı -

Maqazin
 20-02-2017, 19:41     674

"Titanik"in rekordu təkrarlandı -

Demyen Şazelin "La La Land" filmi "Oskar" mükafatlarına namizədləri siyahısında lider olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müzikl janrında olan ekran işi 14 nominasiyada namizəd göstərilib.
Əsas kateqoriyalar bunlardır: "Ən yaxşı film", "Ən yaxşı aktyor", "Ən yaxşı aktrisa" və "Ən yaxşı rejissor”.
Emma Stoun və Rayan Qoslinqin baş rollarda olduğu film "Ən yaxşı musiqi", "Ən yaxşı mahnı", "Ən yaxşı səsləndirmə" kimi nominasiyalarında da qalib olmağa iddialıdır.
"La La Land" bununla da "Titanik" və "Eve haqqında hər şey" filmlərinin rekordunu təkrar edib.
Qeyd edək ki, mükfatlandırma mərasimi fevralın sonuncu bazar günündə Los-Ancelesdə baş tutacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26