Interposta.Info

Mənfi xəbərlərlə “lider” olan MÜĞƏNNİLƏR –

Maqazin
 5-01-2017, 18:20     780

Mənfi xəbərlərlə “lider” olan MÜĞƏNNİLƏR –

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Aktual.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı ölkədə dekabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9866 xəbər yerləşdirilib. Bunlardan 8 xəbər mənfi, 18 xəbər müsbət və 9840 xəbər isə neytraldır. Mənfi xəbərlər Aygün Kazımova (5 xəbər – jurnalistlərlə müğənni arasında yaşananlar), Ədalət Şükürov (2 xəbər – müğənninin oxuya bilməməsi iddiası) və Elza Seyidcahana (1 xəbər – müğənnini təhqir etdilər) aiddir. Müsbət xəbərlər isə Alim Qasımova, Faiq Ağayev, Məleykə Əsədova, Miri Yusif, Nigar Camal, Oksana Rəsulova, Sevda Yəhyayeva, Sevil və Sevinc bacıları və Zamiq Hüseynova (2 xəbər – "Azerbaijan Best Awards” mərasimində mükafat alıblar) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Faiq Ağayev 447 xəbər
2 Röya Ayxan 384 xəbər
3 Günay İbrahimli 378 xəbər
4 Aygün Kazımova 371 xəbər
5 Elza Seyidcahan 324 xəbər
6 Tünzalə Ağayeva 322 xəbər
7 Alim Qasımov 267 xəbər
8 Nadir Qafarzadə 266 xəbər
9 Xatirə İslam 246 xəbər
10 Oksana Rəsulova 211 xəbər


Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 493 xəbər dərc edilib. Bu xəbərlərin hamısı neytraldır. Dekabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Alim Qasımov 32 xəbər
2 Tünzalə Ağayeva 25 xəbər
3 İlhamə Quliyeva 21 xəbər
4 Faiq Ağayev 19 xəbər
5 Röya Ayxan 17 xəbər
6 Elza Seyidcahan 17 xəbər
7 Günay İbrahimli 16 xəbər
8 Natəvan Həbibi 14 xəbər
9 Mənsum İbrahimov 14 xəbər
10 Miri Yusif 13 xəbər
Dekabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 107 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Mənsum İbrahimov 14 xəbər
2 Alim Qasımov 8 xəbər
3 Zülfiyyə Xanbabayeva 6 xəbər
4 Tünzalə Ağayeva 6 xəbər
5 Nadir Qafarzadə 5 xəbər
6 Ədalət Şükürov 5 xəbər
7 Abbas Bağırov 4 xəbər
8 Rüfət Axundov 3 xəbər
9 Əlikram Bayramov 3 xəbər
10 Sevda Yəhyayeva 3 xəbər

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26