Interposta.Info

Azərbaycanın

Ölkə
 5-01-2017, 19:14     728

Azərbaycanın

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb

interposta.info A24.Az istinadən xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır.

Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (28 xəbər – universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s.), Dövlət İqtisad Universiteti (14 xəbər – rektor haqqında şikayət). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (80 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Bakı Dövlət Universiteti (27 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi).

Xəbər sayına görə sıralama:
Azərbaycanın

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1874 xəbər dərc edilib. Bu xəbərlərdən 1858-i neytral, 14-ü müsbət, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Gəncə Dövlət Universitetinə (2 xəbər – rektor haqqında iddialar) məxsusdur. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması) və Bakı Dövlət Universitetinə (5 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi) aiddir.

Xəbər sayına görə sıralama:
Azərbaycanın

Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 253 xəbər göstərilib.


Xəbər sayına görə sıralama:

Azərbaycanın

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26