Interposta.Info

“Aktual” 3 yaşını qeyd edir

Müxtəlif
 18-03-2017, 14:55     481

Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından üç il ötür.

Aktual.az xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa zamanda öz oxucu auditoriyasını qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Saytın baş redaktoru əməkdar jurnalist İbrahim Rüstəmlidir.

interposta.info həmkarlarını təbrik edir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26