Interposta.Info

Laçın Dövlət Rəsm Qalereyası və Turşu kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub - FOTO

Manşet
 26-02-2026, 17:11     42 458

Laçın Dövlət Rəsm Qalereyasındə Xocalı faciəsini əks etdirən əsərlər nümayiş olundu – 34 il ötür

26 fevral 2026-cı il tarixində Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park 2” yaşayış kompleksində Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın Dövlət Rəsm Qalereyası və Qarabağ Regional Mədəniyyət İdarəsinin nəzdində olan Şuşa rayon Turşu kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində faciəni əks etdirən sənədli film nümayiş olunub. Daha sonra Turşu kənd Uşaq Musiqi Məktəbinin tar müəllimi Amil Məmmədov çıxış edərək Xocalı hadisələri haqqında iştirakçılara ətraflı məlumat verib, həmin gecənin Azərbaycan tarixində ən qanlı səhifələrdən biri olduğunu vurğulayıb.

Tədbirdə məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Sonda çıxış edən Laçın Dövlət Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev tədbir çərçivəsində hazırlanmış sərgi barədə geniş məlumat verib. O bildirib ki, nümayiş olunan hər bir rəsm əsəri Xocalı faciəsinin ağrı-acısını, insan talelərini və tarixi həqiqətləri özündə əks etdirir. Qalereya direktoru əsərlərin ideya məzmunu və bədii xüsusiyyətləri haqqında iştirakçılara ətraflı məlumat çatdırıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi Xocalı soyqırımının unudulmaması, gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılması və milli yaddaşın qorunub saxlanılmasıdır.

Xaliq Rəşidoğlu

İnterPosta.info

















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26