12 yaşında kəntdən çıxdı, 32 ildən sonra atasını səslədi, səsinə səs verən olmadı - Laçın rayon Ağcayazı kəndi (VİDEO)

Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində yerləşən Ağcayazı kənd
Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi alınaraq Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir.
Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var.
Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir.
Məcburi köçkün düşməmişdən öncə kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənddə ibtidai məktəb, kitabxana, klub və mağaza kimi sosial obyektlər fəaliyyət göstərib.
1992-ci il statistikasına görə, kəndin əhalisi 124 nəfər azərbaycanlılardan ibarət olub.
İnterPosta.info xəbər verir ki, 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26