Ərdəşəvi kəndi 30 ildən sonra - Hərkəs bu kəntdə, yenidən həyat qaynayır + VİDEO/FOTO

Bir vaxtlar bu kənd xöşbəxt və firavan yaşayırdı.
"İnterPosta" Media TV-nin çəkiliş qurupu bu dəfə sizlərə Laçın rayon Ərdəşəvi kəndini təqdim edir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Ərdəşəvi kəndi Laçın rayonundan 35 km məsafədə dağətəyi ərazidə yerləşir.
Adını ərazidəki eyniadlı dağdan almışdır.
Bəzi mənbələrdə Ardaşavi kimi də verilmişdir.
Ərdəşəvi kəndi haqqında tədqiqatçılar toponimin ardaş (ardıc ağacı) və va (yer) sözlərindən ibarət olduğunu da yazırlar, "ardıclı yer" mənasını daşıyır.
Əslində isə Ərdəşəvi əsl türkmənşəli söz olub, ər sözü igid mənasında, daş sözü (ərdaşı) "ərin daş qoyduğu" yer və ya ər evi kimi mənaları da verir.
1992-ci ilə qədər kəntdə Orta Məktəb, Mədəniyyət evi, poçt və paltar sexi fəaliyyət göstərmişdir.
Birinci Qarabağ müharibəsində kənd sakinlərindən 6 nəfər şəhid olmuşdur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26