Interposta.Info

Laçının 28 illik əsarəti - VİDEO

Ölkə
 17-05-2021, 17:44     351

Hakimiyyət qovğaları 121 kəndi olan Laçının işğalı ilə nəticələnmişdi

1992-ci ilin mayı. Bakıda hakimiyyət uğrunda mübarizə gedir, Qarabağda rayon və kəndləri, şəhərləri qorumalı olan silahlı dəstələr hakimiyyət mübarizəsində istifadə üçün paytaxta cəmlənirdi. Mayın 8-də Şuşanın işğalı davamlı ərazi itkilərinin başlanğıcı oldu. Şuşanın işğalından sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi.

İşğaldan əvvəl Laçını ən son tərk edən jurnalistlərdən biri – Rauf Arifoğlu orda gördüklərini, yaranmış başsızlığı REAL-a danışdı.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

Laçın 28 il işğal altında qaldı. Artıq tarixə çevrilən işğal gününün 29-cu ildönümündə isə vəziyyət fərqlidir. Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən əks-həmlə əməliyyatı və Ermənistanın kapitulyasiyası nəticəsində Laçın bir şəhid də vermədən işğaldan azad edildi. Artıq Qarabağın bir hissəsi kimi Laçın da azaddır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26