Interposta.Info

Kalafalıq kəndi 30 ildən sonra - Civə, Uran, minerallarla zəngin kəntdə 1936-cı ildə kolxoz yaradılmışdır + VİDEO

Paradoks
 25-06-2022, 21:23     2 606

Uca dağlar qoynunda yerləşən, Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində yer alan Kalafalıq kəndi, Şəlvə çayının qolu, Ərdəşəvi çayının sahilində, Qarabağ silsiləsinin yamacında yerləşirdi.

Kalafalıq sözünün mənası köhnə kənd, yaxud mal-qara saxlamaq üçün tikilmiş pəyələrin xarabalığına, quyuya, qazılmış çökək yerə deyilir.

Oykonimin tərkibindəki-lıq şəkilçisi çoxluq və məkan anlayışı ifadə edir.

Kalaflıq kəndi Laçın rayonunun ən ucqar kəndi olaraq, şərq tərəfdən Şuşa rayonu ilə həmsərhəddir.

Dağlıq ərazidə yerləşməklə bir neçə təbii sərvətlərə malikdir, Civə, Uran və minerallarla zəngindir.

1936-cı ildən kolxoz yaradılmış və əsasən heyvandarlıq və əkinçilik təsərrüfatları ilə məşğul olmuşlar.

İnterPosta.info kəndin ən son görüntülərini təqdim edir:


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26