Interposta.Info

Laçının Laçın kimi övladı Heydərov Kərəmin 60 il yaşadığı, 42 il çalışdığı rayon -Meydan oğlunun evi - VİDEO

Ölkə / Manşet
 5-09-2022, 09:56     1 553

Həyatını laçına həsr edən, laçın həsirəti ilə əbədiyətə qovuşan Heydərov Kərəm Meydan oğlu

1944-cü ilin may ayının 31-də Laçın rayonunun Əhmədli kəndində kəndli ailəsində anadan olmuşdur.
1951-ci ildə Laçın rayonunun Minkənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1961-ci ildə həmin orta məktəbi bitirmişdir.
1961-ci ildə Laçın rayon Baytarlıq İdarəsində ilk fəaliyətinə başlamışdır.
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun Zootexnik fakültəsinə daxil olub və 1967-ci ildə həmin fakültəni bitirmişdir.
1967-1968-ci illərdə Laçın rayon Arıçılıq İdarəsində Zootexnik, 1968-1973-cü illərdə Laçın rayon Komsomol Komitəsinin ikinci katibi, 1974-1975-ci illərdə Laçın rayon Partiya Komitəsinin Təlimatçısı vəzifələrində çalışmışdır.
1975-1977-ci illərdə Bakı Ali Partiya məktəbində oxumuşdur.


1977-1980-ci illərdə Laçın rayon Partiya Komitəsinin Təlimatçısı, 1980-1991-ci illərdə ardıcıl olaraq Laçın rayon Partiya Komitəsinin Ümumi şöbəsinin, Kənd Təsərrüfatı Şöbəsinin və İdeologiya Şöbəsinin müdiri, 1992-ci ildə isə Laçın rayon Aqrar Sənaye Kombinatının Baş direktoru, 1993-1995-ci illərdə Laçın rayon Sovetinin Təşkilat şöbə müdiri vəzifələrində çalışmışdır.
1999-2004-cü illərdə Respublika Əmlak Komitəsinin Bakı şəhər Nizami rayonundakı “Sənaye Tikinti Avtotəmir” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri, 2005-ci ildə Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin ümumi şöbə müdiri, 2006-2007-ci illərdə Bakı şəhər Nizami rayonunda “Ay-Ata” Açıq Səhmdar Cəmiyyətinin Baş direktor vəzifələrində işləmişdir.

1968-1992-ci illərdə Laçın rayon Sovetinin deputatı, 1970-1991-ci illərdə Laçın rayon Partiya Komitəsinin üzvü olmuşdur.
5 uşaq atası olan Heydərovun ailəsi Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır.
Heydərov Kərəm 2020-ci ildə Laçın həsirəti ilə Bakı şəhərində vəfat etmişdir.
Həyatını Laçın rayonunun qurulmasına və inkişafına həsir edən Kərəm müəllimin böyük arzusu Laçına dönmək olsada, bu ona qismət olmamışdır.
Allah sənə rəhmət etsin gözəl insan, tikdiyin evi ermənilər dağıtsalarda yenə nişanən qaləb. – Övladların yurdunu abad edəcəklər ki, ruhun şad olsun.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26