30 il "Həkəri"nin selinə tap gətirmişdi, demək nə olubsa bərpa zamanı ciddi səhvə yol verilib!.. VİDEO

Milyonlar xərclənən Laçını kimlər talayır?
Bərpa adı altında üstü bəzək-altı təzəkdirmi?
Belə olmasaydı bir evə 160, 180 min manat vəsait nəzərdə tutulub, Kiçik bir məbləğ xərclənməzdi. Məlumat üçün onuda qeyd edirik ki, bu fikirləri Laçın rayon sakinləri qeyd edirlər.
“İnterPosta” xəbər verir ki, rayonun aktiv sakinlərindən olan Pərviz Məlik Laçın yeni uçmuş körpü haqqında öz fikirin sosiyallaşdırıb. Pərviz bəyin paylaşımını olduğu kimi təqdim edirik: Bu körpünün hələ Laçın işğal olmazdan əvvəl mütəxəssislər tərəfindən qəzalı vəziyyətdə olduğu aşkarlandığı üçün, yanından yeni körpü salınmasına qərar verilmişdi. İşğaldan əvvəldə elə yeni körpünün tikintisinə başlanılmışdı, sonra isə həmin tikintini işğalçı ermənilər tamamladı və həmin körpüdən indi istifadə olunur. Bu uçan körpü isə köhnə körpüdür, bu körpünün altında çayda uşaq vaxtı mən çox çaya kəllə vurub üzmüşəm. Sözüm bunda deyil sözüm ondadır ki, Laçında belə yararsız vəziyyətdə olan evlərə və körpülərə havayı yerə pul qoyub bəzəməyin. Onsuzda həmin yararsız tikililər tezliklə bax belə uçub dağılacaq. Bərpa etmək yaxşı işdir, amma gərək işi bünövrədən başlayasan. Bərpa olunan tikilinin təməlinin bərpaya yararlı və yaxud yararsız olduğunu yoxlayıb sonra bərpa edəsən. Yoxsa tələm-tələsik üstü bəzək altı təzək edəndə sonu bax belə olur. Bu körpü işğal zamanı 30 il Həkərinin selinə tap gətirmişdi, indi bərpadan bir il sonra dağılıb uçdu. Demək nə olubsa bərpa zamanı ciddi səhvə yol verilib. Körpünün təməlini bərkitmək əvəzinə onu çox güman ki, ciddi zədələyiblər!
Daha ətraflı Media Tv-nin təqdim etdiyi sujetdə:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26