Interposta.Info

Avroliqanın qalibi müəyyənləşdi - 51 oyunluq seriya qırıldı

Manşet
 23-05-2024, 09:47     39 123

UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

"İnterPosta" xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlib.

Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar.

Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.

Qeyd edək ki, "Bayer Leverkuzen" bu avrokubok mövsümündə Azərbaycan təmsilçisi "Qarabağ"la yolu iki dəfə kəsişib. Xabi Alonsonun komandası həm Avropa Liqasının qrup mərhələsində, həm də 1/8 finalda ağdamlılara rəqib olub. "Bayer" finala gedən yolda daha sonra "Vest Hem" və "Roma"dan üstün olub.

"Atalanta" isə 1/8-də "Sportinq"i, 1/4-də "Liverpul"u, yarımfinalda "Olimpik Marsel"i mübarizədən kənarlaşdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26