Interposta.Info

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? (SİYAHI)

Manşet
 19-04-2024, 13:49     38 097


Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 569 ədəd benzin ilə işləyən minik avtomobili idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan minik avtomobillərinin 66%-i və ya 3 639 ədədini mühərrikinin həcmi 1500-3000 kub sm olanlar təşkil edib.

Bunlardan başqa bu ilin ilk 2 ayında ölkəyə mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan 117 ədəd, mühərrikinin həcmi 1000-1500 kub sm olan 1 720 ədəd, mühərrikinin həcmi 3000 kub sm-dən çox olan isə 94 ədəd benzinlə işləyən minik avtomobili gətirilib.

Benzinlə işləyən minik avtomobilləri Azərbaycana əsasən aşağıdakı ölkələrdən idxal edilib:

Mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan
- Koreya – 83 ədəd (1 ədədin orta gömrük dəyəri 9 323 manat)
- Çin – 16 ədəd (1 ədədin orta gömrük dəyəri 10 970 manat)
- ABŞ – 8 ədəd (1 ədədin orta gömrük dəyəri 9 610 manat)

Mühərrikinin həcmi 1000-1500 kub sm olan
- Yaponiya – 393 ədəd (1 ədədin orta gömrük dəyəri 9 654 manat)
- Meksika – 391 ədəd (1 ədədin orta gömrük dəyəri 10 325 manat)
- Çin – 369 ədəd (1 ədədin orta gömrük dəyəri 24 541 manat)
- ABŞ – 342 ədəd (1 ədədin orta gömrük dəyəri 9 100 manat)
- Koreya – 154 ədəd (1 ədədin orta gömrük dəyəri 11 213 manat)
- Kanada – 26 ədəd (1 ədədin orta gömrük dəyəri 11 144 manat)
- Anqola – 16 ədəd (1 ədədin orta gömrük dəyəri 27 470 manat)

Mühərrikinin həcmi 1500-3000 kub sm olan
- ABŞ – 1 109 ədəd (1 ədədin orta gömrük dəyəri 15 737 manat)
- Koreya – 995 ədəd (1 ədədin orta gömrük dəyəri 11 381 manat)
- Almaniya – 482 ədəd (1 ədədin orta gömrük dəyəri 20 538 manat)
- Meksika – 396 ədəd (1 ədədin orta gömrük dəyəri 12 688 manat)
- Böyük Britaniya – 238 ədəd (1 ədədin orta gömrük dəyəri 45 260 manat)
- Çin – 99 ədəd (1 ədədin orta gömrük dəyəri 39 860 manat)

Mühərrikinin həcmi 3000 kub sm-dən çox olan
- Yaponiya – 61 ədəd (1 ədədin orta gömrük dəyəri 138 475 manat)
- ABŞ – 16 ədəd (1 ədədin orta gömrük dəyəri 127 400 manat)
- Böyük Britaniya – 12 ədəd (1 ədədin orta gömrük dəyəri 563 110 manat)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26