Interposta.Info

Şəhid atası icra başçısı Əziz Əzizovdan Prezidentə şikayət etdi: “Şəhid ailəsini süründürməzlər” - VİDEO

Manşet / Paradoks
 22-11-2023, 22:20     26 554

44 günlük Vətən müharibəsi Şəhidi Ceyhun Səfərovun atası Xəzər rayon icra başçısı Əziz Əzizovdan Prezident İlham Əliyevə şikayətçidir. Şəhid atasının verdiyi məlumata görə, icra başçısı onu süründürür.

Akif Səfərov Ağacan oğlu bildirib ki, dövlət lahiyəsinə əsasən şəhid ailəsi kimi rifahın yaxşılaşdırılması məqsədi ilə Sosial Müdafiə nazirliyi tərəfindən təkər təmiri ilə bağlı avadanlıqlar ayrılıb.

Suraxanı rayonunda “Şam Bağı” adalanan ərazidə bu işi qurmaq üçün uyğun yer də var.

Amma nə fayda dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, istəyin nəzərə almayıblar.

Şəhid atasının müraciətini təqdim edirik:

Mən Akif Səfərov Ağacan oğlu Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət etmək istəyirəm. Şəhid Ceyhun Səfərovun atasıyam. Oğlum 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olub”.
Bu sözüləri İnterPosta.info-ya açıqlamasında Bakının Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, şəhid atası Akif Səfərov Ağacan oğlu deyib. O qeyd edib ki, Suraxanı rayon icra başçısı Əziz Əzizov, Şəhid ailəsini oğlu Ceyhunun qanı tökülmüş bir parça torpağa görə yollarda süründürür:
“Mən cənab Ali Baş Komandan və Azərbaycan xalqına müraciət etmək istəyirəm. Bir müddətdir ki, işlə bağlı mənə yer ayırlması ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edirəm. Təəssüf ki, icra başçısı Əziz Əzizov mənim istəyim qəbul edilmir. Mənə Sosial Müdafiə nazirliyi tərəfindən təkər təmiri ilə bağlı avadanlıqlar ayrılıb. Suraxanı rayonunda “Şam Bağı” adalanan ərazidə mənim bu işi qurmağım üçün uyğun yer var. Təəssüf ki, dəfələrlə getsəmdə istəyim yerinə yetirilmir.
Şəhid ailəsini oğlum Ceyhunun qanı tökülmüş bir parça torpağa görə yollarda süründürməzlər. Bu yaramaz hərəkətləri nə insanlığa, nə müsəlmançılığa , nə də vicdanı olan məmura yaraşmaz”.
Qeyd: Mövzunu davam etdirəcəyik.



Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26