Interposta.Info

NEFTÇALADA DAĞILMIŞ ŞƏHİD MƏZARI –

Ölkə
 3-03-2017, 18:35     853

NEFTÇALADA DAĞILMIŞ ŞƏHİD MƏZARI –

Neftçala rayon sakini Esmira Əzizova atası, şəhid Gözəlov Əsfər Səttar oğlunun məzarının baxımsızlıq üzündən dağılmasından şikayət edib.
interposta.info xəbər verir ki, o, bu barədə “qazilər.az” saytına danışıb.
Şəhid övladı bildirib ki, Qarabağda döyüşüb şəhid olmuş atasının Neftçala rayonu, Bankə qəsəbəsinin qəbiristanlığındakı məzarı uçub dağılıb:
“Atam Qarabağda döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun batalyonunda erməni quldurlarına qarşı döyüşüb və 1992-ci il, martın 6-da, 28 yaşında şəhid olub. Onun rayonun Banka qəsəbə qəbiristanlığındakı məzarı isə uçub dağılıb. Dəfələrlə Neftçala rayon İcra Hakimiyyətinə məlumat versək də, məzarı elə o vəziyyətdə qalıb. Əlacsız qalıb Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına məktub yazdıq. Oradan da şikayətimizi Neftçala rayon İcra Hakimiyyətinə göndəriblər”.
Bundan sonra E.Əzizovaya Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini G.Z.Sadıqovanın imzası ilə olduqca əcaib bir məktub gəlib:
“Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına ünvanladığınız ərizəniz aidiyyəti üzrə Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, atanız şəhid Gözəlov Əfsər Səttar oğlunun Neftçala rayonu, Bankə qəsəbəsi qəbiristanlığındakı qəbirüstü məzarında abadlıq və təmizlik işləri həyata keçirilmiş, qəbirüstü məzarda bərpa işlər aparılmışdır”.
Əslində isə şəhidin məzarı üzərində “məktub”da yazılan heç bir iş aparılmayıb. Məzar yenə uçulub dağılmış vəziyyətdədir. Yəqin ki, Neftçala rayon İcra Hakimiyyəti Prezidentə da belə mətnli bir məktub göndərib. Çünki qayda-bunu tələb edir ki, cavab yazılmalıdır. Cavab isə yalandır! Çox maraqlıdır, çox cüzi vəsait tələb edən təmiri aparmayan Neftçala rayon İcra Hakimiyyəti Prezidenti niyə aldadır?!
https://gunxeber.com/neftcalada-dagilmis-səhid-məzari-icra-bascisi-prezidentin/

interposta.info

NEFTÇALADA DAĞILMIŞ ŞƏHİD MƏZARI –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26