“Ermənilərin “humanitar şou”su özünüifşaya çevrilir” - ŞƏRH + FOTO

“Ermənistan ictimaiyyətə Laçın yolunun bağlanması, “blokada” və ya “humanitar böhran”ın mövcudluğu haqqında yalanlar sırımağa çalışır. Halbuki, sözügedən yol birmənalı olaraq Azərbaycanın suveren ərazisidir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O qeyd edib ki, Üçtərərəfli Bəyanata əsasən, Laçın yolu humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistan bu öhdəliyinə də əməl etməyib:
“Yoldan bölgədəki qeyri-qanuni silahlılara dəstək vermək və Azərbaycan ərazisindən faydalı qazıntıların qanunsuz çıxarılması üçün istifadə olunub. Buna görə də Azərbaycan cari il aprelin 23-də öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün Ermənistanla Azərbaycan arasında dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırıb. Sərhəd-keçid məntəqəsində vətəndaşların və nəqliyyat vasitələrinin şəffaf keçidi təmin edilir. Bu, ölkəmizin humanizminin, xoş niyyətinin göstəricisidir”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26