Interposta.Info

Araz Əzimov: “Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir”

Siyasət
 27-07-2023, 18:50     296

“Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün bölgədə mövcud vəziyyətlə bağlı keçirilmiş brifinqdə deyib.

O, bu xüsusda, Azərbaycanın öz ərazisində vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib.
Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək Ağdam-Xankəndi yolundan istifadənin təklif olunduğu diqqətə çatdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26