Interposta.Info

BOK-un prezidenti Qoşulmama Hərəkatının Bəyannaməsinə görə İlham Əliyevə təşəkkür edib - FOTO

Manşet
 8-07-2023, 15:30     108

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycanın sədrlik etdiyi və BMT-nin 193 üzv dövlətindən 120-ni birləşdirən Qoşulmama Hərəkatının Bakıda qəbul olunan Bəyannaməsini alqışlayıb, Prezident İlham Əliyevə təşəkkür edib.

"İnterPosta" xəbər verir ki, BOK prezidenti Tomas Bax göstərdiyi dəstəyə görə Qoşulmama Hərəkatına minnətdarlıq edib.

“BOK Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstəyini ürəkdən alqışlayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına bu güclü bağlılıq bizi çox ruhlandırır. Bu mühüm qətnamənin qəbulunda göstərdiyi təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, - T.Bax vurğulayıb.

Yekdilliklə qəbul edilən Bəyannamədə vurğulanır ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı bəşəriyyətin birliyinin güclü rəmzi olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26