Interposta.Info

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Siyasət
 6-08-2021, 14:51     470

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının ilk günlərindən Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"İnterPosta"-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 6-da Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26