Interposta.Info

Kürşad Zorlu: Azərbaycan Dağlıq Qarabağ üçün tarixi şans qazandı

Siyasət
 29-10-2019, 12:18     10 379

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda yüksək səviyyədə təşkili və Azərbaycanın bu quruma sədrliyi təkcə qardaş ölkə deyil, bütün türkdilli dövlətlər, həmçinin Türk Şurası üçün tarixi əhəmiyyət daşıyır.

"İnterPosta.info"nun məlumatına görə, bu sözləri Azərtac-a açıqlamasında tanınmış türkiyəli politoloq, professor Kürşad Zorlu söyləyib. O deyib ki, Türkiyə Qoşulmama Hərəkatına üzv olmasa da, qardaş Azərbaycanın bu quruma sədrliyi dövründə rəsmi Ankara mənəvi olaraq Qoşulmama Hərəkatında təmsil olunacaq.

Qoşulmama Hərəkatının təsis olunması və inkişaf mərhələləri barədə geniş məlumat verən politoloq K.Zorlu əminliklə qeyd edib ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan bu qurum bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq. Professor Kürşad Zorlu deyib: “Dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümündə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi qürurvericidir. Azərbaycan bu quruma sədrlik statusu əldə etməklə Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə nail olmaq üçün tarixi şans qazanıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26