Interposta.Info

30 ildən sonra Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi - Mövcud durumu!+VİDEO

Manşet / Paradoks
 1-09-2022, 21:18     1 636

Laçın rayon Tarix Diyarşünaslıq Muzeyi

İnterPosta.info
xəbər verir ki, 1979-cu ildə Azərbaycan hökuməti tarix və mədəniyyət abidələri ilə zəngin olan Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul etmişdir.
1980-ci ildə muzeyin yaradılması üçün eksponatların toplanmasına başlanılmış, işin icrası və muzeyə rəhbərlik Solmaz Səttar qızı Məhərrəmovaya tapşırılmışdır.


Muzeyin yerləşdiyi bina tarixi baxımından qiymətli idi. Bu bina 1924-cü ildə Laçın şəhərinin salındığı dövrdə, Azərbaycan memarlığı üslubunda inşa edilmiş, fasadı rəngli şəbəkə üsulu ilə işlənmişdir.
Binanın II mərtəbəsində yerləşən muzeyin ekspozisiyasının sahəsi 360 kv.m. və 9 zaldan ibarət olmuşdur. Bundan əlavə muzeyin həyətində 360 kv.m-lik sahədə açıq səma altında ekspozisiya sahəsi kimi fəaliyyə göstərib.
Burada Laçın rayonunun qədim daş plastikasını özündə əks etdirən sənət nümunələri nümayiş etdirilirdi.
Ümumilikdə muzeyin fondunda 10 minə qədər əşya mühafızə olunurdu. Onun 5 min ədədi əsas fonda daxil idi.
Muzeyin ekspozisiyası 1983-cü ildə istifadəyə verilmişdir.
Media TV olaraq xatırladırıq ki, Ermənistan Silahlı Qüvvələri 18 may 1992-ci il tarixdə Laçın şəhərini işğal etməsi nəticəsində muzeyin binası və 10 min eksponatın böyük bir hissəsi məhv ediş və aparılması mümkün olan eksponat ermənilər tərəfindən aparılmışdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26