Interposta.Info

Laçında “Yarımçıq qalmış ömür” - FOTO

Ölkə
 21-11-2018, 11:51     10 982

20 noyabr 2018- ci il tarixində Azərbaycan İstiqlal Muzeyində Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Yarımçıq qalmış ömür” adlı tədbir – sərgi keçirildi.

İnterPosta.info
xəbər verir ki, Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir. Ümumi sahəsi 1835 km2 olan Laçın

rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə

malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən

3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594

metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd

çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına

qovuşur. Rayonun əhalisi 01 yanvar 2018-ci il tarixə 76.9 min nəfər olmaqla

respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Laçının müdafiəsi zamanı 267 nəfər şəhid olmuş, 66 nəfər girov götürülmüş, 120 nəfər əlil olmuşdur. Rayonun 5 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Sərgidə muzeyin fondlarında və şəxsi arxivlərdə saxlanılan Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Oqtay Güləliyevə, şəhidlər Rüstəm Mirzəyevə, Orucov İlhama, Ələkbərov Bəbirə, Həsənquliyev İmana, Həsənquliyev Vüqara, Zeynalov Kərəmə, Səfərəliyev Bəhmənə, Kərimov Səmədə, İsgəndərov Əliquluya, Allahyarov İlqara, Allahyarov Nurəddinə aid 95 ədəd şəxsi əşyaları nümayiş etdirildi.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuruyeva Türkanə, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayon üzrə nümayəndəsi Asif Əliyev, Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, Şəhid Mirzəyevin qohumu Hüseyn Naibov, əmisi oğlu Xəqani Mirzəyev, Qarabağ qazisi Habil Muradov, Laçın rayon Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev çıxış etdilər.

Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və digər qonaqlar iştirak etdilər.

İnterPosta.info

Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTOLaçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTOLaçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTOLaçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO
Laçında “Yarımçıq qalmış ömür” - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26