Interposta.Info

Ədliyyə Nazirliyinin qarşısında jurnalistlər etiraz aksiyası keçiriblər - İlqar Atabəyliyə AZADLIQ+VİDEO

Manşet / Paradoks
 4-07-2022, 19:31     1 371

Bu gün Ədliyyə Nazirliyinin qarşısında jurnalistlər aksiya keçiriblər.

İlqar Atabəylinin şərlənərək həps edilməsi və bir ildir ki, sübut olmasada onu həpsdə saxlanılması mediadan və sosial şəbəkədən cəmiyyətə məlumdur.

Məlumat üçün onuda qeyd edirik ki, “İstintaq zamanı İlqar Atabəylinin kimisə şantaj etməsi, hədə-qorxu gələrək pul tələb etməsi barədə sübut yoxdur.

Mirvari Ağamalıyevadan tələb olunan məbləği Elçin Tağıyev adlı şəxs gətirib.

Lakin pulu İlqar Atabəyliyə verməyib.

Bu fakt istintaq zamanı Elçin Tağıyevlə İlqar Atabəylinin üzləşməsi zamanı da təsdiqini tapıb.

Buna baxmayaraq, İlqar Atabəyli Azərbaycan Respubilkasının Cinayər məcəlləsinin 182.2.1-ci maddəsi ilə cinayət işi davam edir və həbsdə saxlanılır”.

İnterPosta.info Media TV-nin hazırladığı sujeti təqdim edir:



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26