Interposta.Info

Məşhur bakılı Rusiyada “xarici agent” elan edildi

Manşet / Gündəm
 21-05-2022, 11:37     1 200

Məşhur bakılı şahmatçı, eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov və sahibkar Mixail Xodorkovski Rusiyada “xarici agent” elan edilib.

Bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kasparov və Xodorkovski siyasi fəaliyyətə görə “xarici agent” siyahısında daxil edilib. İddiaya əsasən, Xodorkovski Ukrayna ilə, Kasparov isə Amerika İnsan Haqları Fondu ilə əlaqədədir.

Məlumat üçün bildirək ki, “xarici agentlər”in siyahısında Kasparov və Xodorkovskidən başqa, telejurnalistlər Yevgeni Kiselev və Matvey Qanapolski, müxalifətçi Aleksey Navalnının şəriki Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern də yer alır.

Qeyd edək ki, Kasparov Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindən biridir. O, Ukraynada müharibə başlayandan bəri Rusiya lideri barədə kəskin fikirlər səsləndirib.\modern.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26