Interposta.Info

Putinin rəqibləri müəmmalı şəkildə zəhərlənirlər -

Dünya
 4-02-2017, 19:02     580

 Putinin rəqibləri müəmmalı şəkildə zəhərlənirlər -

Onların hər üçü Rusiya prezidenti Vladimir Putinin siyasi düşməni olub, hər üçü də müəmmalı şəkildə zəhərlənib
Qərb qəzetləri Rusiyanın müxalif fikir adamlarından Vladimir Kara-Murzanın başına gələn son hadisədən sonra bu xüsusiyyətə diqqət yetiriblər.

“Vladimir Kara-Murza öldürülən Rusiya müxalifətçisi Boris Nemtsov haqqında filmin nümayişi olunduğu Tverdən qatarla geri dönərkən özünü pis hiss edib. Çərşənbə axşamı isə onu ağır vəziyyətdə Moskvadakı xəstəxanalardan birinə çatdırıblar”, -“The Daily Beast” qəzetini yazarı Maykl Veys yazır .

Daha sonra onu aparata qoşaraq süni tibbi komaya salıblar. Kara-Murzanın daxili orqanlarının iflas etdiyi də bildirlir.
 Putinin rəqibləri müəmmalı şəkildə zəhərlənirlər -

Viktor Yuşşenko dioksinlə zəhərləndikdən sonra

Qeyd olunur ki, bu rusiyalı dissident müxalifətçinin ilk zəhərlənmə hadisəsi deyil. Vladmir Kara-Murzanın halı 2015-ci ilin may ayının sonlarında qəfildən psiləşmiş, onun ağ ciyərləri, böyrəkləri və ürəyi öz fəaliyyətini itirməyə başlamışdı. Hələ o vaxt həkimlər onun yaşamaq şanasını sadəcə 5% olaraq qiymətləndirirdilər.

Qəzet Boris Nemtsovun da elə həmin ilin fevralında öldürüldüyünü vurğulayıb.

İlk zəhərlənmə hadisəsində Vladmir Kara-Murza möcüzəli şəkildə sağ qala bilmişdi.
“Nədənsə Putinin düşmənlərinin dioksin və polonium kimi zərərli maddələri qəbul etmək kimi pis adəti var”, - Maykl Veys istehza ilə qeyd edir.

Bilindiyi kimi, Vladimir Kara-Murza Mixail Xodorkovski tərəfindən yaradılan “Açıq Rusiya” təşkilatının Moskvadakı rəsmi nümayəndəsi sayılır.
 Putinin rəqibləri müəmmalı şəkildə zəhərlənirlər -

Aleksandr Litvinenko poloniumla zəhərləndikdən sonra

Maykl Veys Vladimir Kara-Murzanın ABŞ konqresində “Maqnistki qanunu”nun qəbul olunmasında lobbiçilik etdiyini vurğulayıb. “Bu qanun Putinin təsəvvüründə Ukrayna, Suriya və Hillari Klintonun prezidentlik perspektivi qədər onun üçün ən böyük təhdid sayılırdı”-məqalədə deyilir.
 Putinin rəqibləri müəmmalı şəkildə zəhərlənirlər -


Məqalədə 2016-cı ilin fevral ayında Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstagram səhifəsində Vladimir Kara-Murzanın və PARNAS lideri Mixail Kasyanovun optik hədəfə alındığı şəkillərini yerləşdirdiyi xatırladılır.

Həmin şəkillərin altında isə belə bir cümlə yazılmışdı: “Kasyanov Rusiya müxalifəti üçün pul dalınca Strasburqa gedib. Qanmayanlar başa salınacaq!”

Məqaələdə Kadırovun eyni cümləni 2015-ci ilin mayın 25-də, yəni Kara-Murzanın zəhərlənməsindən bir gün öncə işlətdiyi qeyd olunur.

“The Washington Post” qəzeti isə zəhərlənmə hadisəsi ilə bağlı başqa bir xüsusatı qeyd edib. O, hadisənin ABŞ prezidenti Donlad Tramp və Rusiya prezidenti Vladmir Putin arasındakı telefona danışığı, habelə Rusiyanın Ukraynada yeni hücumlar həyata keçirməsi ilə eyni vaxta təsadüf etməsinə diqqət yetirib:

“Kreml Vaşinqtonun münasibətləri düzəltmək adına bu tip cinayətlərlə barışacağına ümid edir. Hələ ki Putinin qambiti baş tutur. ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan Avstraliya ilə dalaşan Tramp Putinə söz deməyə heç nə tapmır”.
 Putinin rəqibləri müəmmalı şəkildə zəhərlənirlər -


“Kreml yəqin ki, Ukraynaya endirdiyi artilleriya zərbələrini inkar etdiyi kimi Kara-Murza hadisəsində əli olduğunu da rədd edəcək. Lakin Aleksandr Litvinienko ilə bağlı əhvalat onu göstərdi ki, özünə təhlükə saydığı opponentlərin zəhərlənmə yolu ilə yox edilməsi Putin erasının ən böyük təhdidlərindən biridir”, - qəzet qeyd edir.

“Kara-Murza 2015-ci ilin mayında Rusiyada insan hüquqlarının vəziyyəti ilə bağlı ABŞ Konqresində nitq söylədikdən sonra zəhərləndi. Həmin vaxt onu həyatını xilas etmək mümkün olsa da, həkimlər bunun nədən baş verdiyini müəyyən edə bilmədilər. Fransada aparılan müayinə isə Kara-Murzanın həyati önəm daşıyan orqanlarında böyük miqdarda metal olduğunu aşkar etdi.

“Vladimir Kara-Murza Rusiyada hüquq və azadlıqlar uğrunda əsas mübarizlərdən biri sayılır. O, vaxtilə Reyqanın müdafiəsi üçün əlindən gələni etməyə çalışdığı Andrey Saxarov və Natan Şaranskinin yolu ilə gedir. Əgər Tramp və dövlət katibi Reks Tillerson Rusiya müxalifətçisinin həyatının xilas olunması üçün heç nə etməsələr, onlar Amerikan dəyərlərini heçə sayıb Putinlə barışmağı üstün tutduqlarını nümayiş etdirəcəklər”, - məqalədə bildirilir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26