Interposta.Info

ABŞ prezidentləri ilə Putin arasındakı tarixi görüşlərin qaranlıq məqamları…

Ölkə
 6-07-2018, 16:24     10 505

Keçən həftə Ağ Ev və Kreml ABŞ və Rusiya dövlət başçılarının ilk ikitərəfli sammitinin Helsinki şəhərində keçiriləcəyini rəsmən bəyan etdilər...
Rusiyalı dissident, hazırda ABŞ-da yaşayan Vladimir Kara-Murza Vladimir Putinin belə görüşlərdən sonra Rusiyadakı demokratik vəziyyəti daha da pisləşdirdiyini göstərən yazı qələmə alıb.

“Putin üçün bu, 4-cü ABŞ prezidenti ilə keçirəcəyi sammit sayılır”, - müəllif qeyd edir.

“2000-ci ilin iyununda hələ yenicə hakimiyyət başına gələn rusiyalı lider Kremldə Bill Klintonu qəbul edib. İki gün keçən danışıqların və bundan sonra təşkil olunan mətbuat konfransının əsas mövzusu silahlanma və raketdən müdafiə sistemləri ətrafında keçib. Hər iki lider bir-birləri ilə olduqca nəzakətlə, lakin çəkingən davranıblar. Bu isə Boris Yeltsin və Bill Klinton arasındakı istilik və şəxsi dostluqdan xeyli uzaq olub”, - məqalədə bildirilir.

ABŞ prezidentləri ilə Putin arasındakı tarixi görüşlərin qaranlıq məqamları…

Kremldəki danışıqlardan sonra Bill Klinton Moskva ətrafındakı hökumət bağında yaşayan Boris Yeltsini ziyarət edərkən ona demişdi: “Boris, siz ürəyinizin dərinliyinə qədər demokratsınız. Sizin qəlbinizdə həqiqi demokratiyanın və islahatçılığın alovu yanır. Lakin eyni sözləri Putin haqqında söyləyə bilmərəm”.

“2001-ci ilin iyulunda keçirilən növbəti ABŞ-Rusiya sammitində isə Putinin avtoritar meyllər daşıması barədə qayğılar artıq öz təsdiqini tapırdı. Rusiyada mərkəzləşmə ilə bağlı dəyişikliklər başlamışdı, ölkənin yeganə müstəqil telekanalı NTV isə Kremlin nəzarətinə keçmişdi. Putin rejiminin hakimiyyətin verdiyi imkanlardan sui-istifadəsinin daha pis çalarları hələ qabaqda olsa da, tendensiya yolunu çaşmadan davam etdirirdi”, - deyə Kara-Murza qeyd edir.

ABŞ prezidentləri ilə Putin arasındakı tarixi görüşlərin qaranlıq məqamları…

Lakin həmin il Lyublyanada həmkarı ilə görüşən kiçik Corc Buşun sələfindən fərqli olaraq bu cür işlər heç vecinə olmayıb.

“Mən bu adamın gözlərinin içinə baxdım və orada açıq əminlik gördüm”, - Corc Buşun Putinə verdiyi qiymət belə olub.

2009-cu ilin iyulunda Moskva ətrafında Vladimir Putinlə görüşən prezident Barak Obama isə onu “Rusiya xalqının adından gördüyü fövqəladə işlərə görə” göylərə qaldırıb.

ABŞ prezidentləri ilə Putin arasındakı tarixi görüşlərin qaranlıq məqamları…

“Buna görə də indi Helsinkidə Putinlə görüşə hazırlaşan Donald Trampa özündən əvvəlkilərin Putinlə dil tapmaq cəhdlərinin necə qurtardığını xatırlatmaq lazımdır. Buş və Obamanın Putinə olan münasibəti ilkin dövrlərdən fərqli olaraq tamamilə dəyişib. Hər ikisi sonradan dərk ediblər ki, demokratik və bu tip avtoritar rejimlər arasında nəinki səmimi tərəfdaşlıqdan, ümumiyyətlə, maraqların uzalaşmasından belə, söhbət gedə bilməz”, - Vladimir Kara-Murza yazaraq Donald Trampı keçmişdən dərs almağa çağırıb../musavat.com

interposta.info

ABŞ prezidentləri ilə Putin arasındakı tarixi görüşlərin qaranlıq məqamları…

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26