Interposta.Info

Göyçay Rayonunda Elçin Bilalov sindromu - ADİ XƏSTƏLİKDƏN İNSAN ÖLÜR/FOTO

Manşet / Paradoks / Ölkə
 8-02-2018, 14:23     10 922

Göyçay Rayonunda və Mərkəzi Xəstəxanasınd Elçin Bilalov sindromu

Göyçay rayonu Bığır kənd sakini Seyidov Ağasəf Babaş oğlu Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya şəbəkəsi haqqında inanılmaz iddialar irəli sürür.


O, interposta.info-a bildirib ki, mənim sağlam həyat yoldaşım Seyidova Mehriban Sabir qızı səriştəsiz və savadsız həkimlərin səhv müalicəsi nəticəsində 07 fevral 2018-ci il tarixdə təxminən 22-00 radələrində vəfat edib. Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində insanlar adi yüngül xəstəliyə görə səhv müalicə ilə məhv edilirlər. Xəstəxanada olan qiymətli təzə müainə aparatları Elçin Bilalov tərəfindən özünə məxsus "Bioloji Təbabət" kilinikasına aparılıb orada pulu xidmətə verilib . Hansı ki, həmin aparatlar Səhiyyə Nazirliyi tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına verilib. Elçin Bilalov Göyçay rayon mərkəzi xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən əvvəl Göyçay şəhərində yerləşən özünə məxsus "Bialoji Təbabət" xəstəxanasında alver edirdi indi isə, alverin dövlət xəstəxanasında davam etdirir.

Seyidov Ağasəf interposta.info-a onuda bildirib ki, həyat yoldaşı Seyidova Mehriban Sabir qızı adi öskürəyə görə 20 gün öncə Göyçay rayon mərkəzi xəstəxanasınınm həkiminə müraciət edib və müalicə kursu keçməyə başlayıb. Onun səhəti iki gün öncə həkimin səhfi nəticəsində ağırlaşdığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının reniamasiya şöbəsində sünü nəfəs aparatına qoşulub. Şikayətçinin həyat yoldaşı xüsusi ambulansla Bakı şəhərində xəstəxanaya çatdırılmasına zərurət olsada təmin edilməyib. Gözləyirdilər ki, həyat yoldaşım dünyasın dəyişsin. Onun sözlərinə görə həyat yoldaşının ürəyi exo müayinə edilməli imiş, ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan exo müayinə aparatını baş həkim Elçin Bilalov şəxsən özünə məxsus "Bialoji Təbabət" klinikasına aparıb orada pullu xidmətə verildiyindən onun yoldaşı mainə oluna bilməyib. Seyidov Ağasəfin iddiasına görə, Göyçay rayon mərkəzi xəstəxanasında pullu xidmət yaradan baş həkim Elçin Bilalovun korrupsiya əməlləri araşdırılıb barəsində ciddi tədbirlər görülməsivacibdir. Regionda həmişə nümaunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasının baş həkim Elçin Bilalov biabırçı vəziyyətə yaratmışdır. Bazar qanunları ilə idarə olunan Göyçay rayon mərkəzi xəstəxanasında ölüm halları çoxalıb. Növbəti həkim səhfinin qurbanı isə onun həyat yoldaşı olduğunu bildirir. Bunun məsuliyyəti bir başa baş həkim Elçin Bilalovun üzərinə düşür.

Mən interposta.info vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm adi yüngül xəstəliklə insanları məhv edən Göyçay rayon mərkəzi xəstəxanasının yarıtmaz baş həkimi Elçin Bilalovun barəsində ciddi tədbirlər görülsün. Mən həyat yoldaşım Mehriban Seyidovanı adi öskürəyə görə səhf müalicə edib öldürən məhz baş həkim Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsidir.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

interposta.info

Göyçay Rayonunda Elçin Bilalov sindromu - ADİ XƏSTƏLİKDƏN İNSAN ÖLÜR/FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26